Bakı Texniki Kollecində təhsilin inkişafı - Fərrux Məmmədov

Bakı Texniki Kollecində təhsilin inkişafı - Fərrux Məmmədov












Təhsil elə bir unikal sferadır ki, hər kəsin ailəsinə siraət edir. Bu gün Azərbaycanda təhsilimiz nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bölgələrdə həyata keçirdiyi yeniliklərlə bağlı olaraq nəinki mərkəzdə, hətta ucqar yerlərdə də təhsilin inkişafını təmin edir. Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir.
Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədovdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Fərrux Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli müdir peşəsinə yiyələnən Fərrux Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fərrux Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fərrux Məmmədovdan danışdılar yaxşı ki, Rəfail Mehdiyev Bakı Texniki Kollecinin direktoru təyin olunub… Fərrux Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….


Fərrux Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində inkişafının hansı səviyyədə olduğunu öyrənməkdən ötrü üz tutduq Bakı Texniki Kollecinə. Bakı Texniki Kollecə daxil olanda həqiqətən də təhsil üçün belə gözəl binanın olması Kollecdə təhsilin inkişafı ilə bağlı məndə ilk təəsuratı oyatdı. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədovla görüşdük.

[i]Səmimiyyət və təbəssümlə suallarıma cavab verən Fərrux müəllim. Son dövrlərdə Bakı Texniki Kollecində təhsil sahəsində olan inkişafdan, kollecin işçilərinə və tələbələrə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.


Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində bu ürəkaçan inkişafı şahidi olduqdan sonra öz-özümə fikirləşdim ki, ümummilli lider H.Əliyevin qoyub getdiyi irs cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bir xalqı məhv etmək üçün onun savadını əlindən almaq kifayətdir, məncə. Amma bu gün bizim xalqımız istənilən çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Çünki bizim təhsilimiz bizim möhkəm qalamızdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər