Fərda Amin finala qala bilmədi, oyundan getdi

Fərda Amin finala qala bilmədi, oyundan getdi

















Qalmaqallı “Maşın Şou”nu bu gün tərk edən sənətçi Fərda Amin olub

Belə ki, sonuncu səsvermənin nəticəsinə görə ən az, 14,12% faiz səs toplayan Fərda Amin qarşıdurmaya çıxıb. O bildirib ki, qarşıdurmada qalib gələrsə həmkarı İslam Mehrəliyevi oyundan uzaqlaşdıracaq. Lakin son anda 39 faiz səs toplayan Fərda Amin oyunu tərk etməli olub. Aktyor İslam Mehrəliyev isə şouda mübarizəyə davam edib.

Fərda Amin oyundan getməsinə bu cür mövqe bildirib:

“Burda İslamı bu qədər ürəklə alqışlayan tamaşaçıları təbrik edirəm. Bu bir oyundur. Mən həmişə demişəm ki, bu maşın kimin qismətidirsə, halal-xoşu olsun, ən gözəl günlərində sürsün, inşallah”. Aktyorun bu sözləri həmkarı İslam Mehrəliyevi kövrlədib, o, göz yaşlarını saxlaya bilməyib.

Beləliklə “Maşın Şou”nun finala qalan iştirakçıları məlum olub. Bunlar aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və rəqqasə Oksana Rəsulovadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər