Masallıda məsciddə əxlaqsızlıq etməklə suçlanan bələdiyyə sədri danışdı

Masallıda məsciddə əxlaqsızlıq etməklə suçlanan bələdiyyə sədri danışdı

















Rafiq Ağayev: “Yalan və böhtandır...”

Masallı rayon Hüseynhacılı kəndində baş verən hadisə sakinlərin qəzəbinə səbəb olub. Baş verənlərlə bağlı “Yeni Müsavat”a şikayət edən sakinlər 60 nəfərin imzası ilə müraciət göndəriblər.

Onların sözlərinə görə, Kalinovka bələdiyyəsinin sədri Rafiq Müseyib oğlu Ağayev mayın 20-də şam namazından sonra məscidə yüngül əxlaqlı qadın gətirib. İddialara görə, həmin vaxt onlar sərxoş olublar. Müraciətdə qeyd edilir ki, kənd sakinləri onların məsciddə içki içərək əyləndiklərini görüblər. Sakinlərin sözlərinə görə, həmin qadın kənddə yüngül əxlaqlı insan kimi tanınır. Etik normaları nəzərə alaraq, onun adını qeyd etmirik.

Bələdiyyə sədrinin kəndin məscidində bu cür əxlaqsızlığa yol verməsi rayon ictimaiyyətinin kütləvi narazılığına səbəb olub. Sakinlər onun cəzalandırılması və vəzifəsindən kənarlaşdırılması tələbi ilə aidiyyəti qurumlara, rayonun polis şöbəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıblar.

Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda hadisə şahidləri dinlənilib və baş verənlər sübuta yetirilib. R. Ağayev isə baş verənləri inkar etməyərək, oraya ibadət məqsədi ilə getdiyini bildirib. Kənd sakinlərinin sorğu-sualı nəticəsində o təqsirini etiraf edib.

Sakinləri hiddətləndirən başqa bir amil isə odur ki, bələdiyyə sədri Öncəqala kəndində yaşasa da, bu əxlaqsız əməllərini onların kəndində, daha da betəri Allah evində həyata keçirib.

Müraciətdə o da qeyd edilir ki, R.Ağayevin əməli sübuta yetirilsə də heç bir qurum tərəfindən tədbir görülmür. O, hələ də rayonda keçirilən ictimai tədbirlərdə baş kürsüdə oturur: “Əgər onun əməli cəzasız qalarsa, onun kimi mənəviyyata sahib olan adamlara da bu hadisə pis örnək olacaq. Kiçik bir kənddə baş vermiş bu xoşagəlməz hadisə Azərbaycanın digər rayonlarına, kəndlərinə də sirayət edə bilər”.

Kənd ağsaqqallarının sözlərinə görə, Rafiq Ağayevin rayonda kifayət qədər havadarları var və onu qorumağa çalışırlar. Hətta mətbuata müraciətdən sonra sakinlərə hədə-qorxu da gəlinir.

Məsələ ilə bağlı ittiham olunan bələdiyyə sədri Rafiq Ağayevlə əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlama verərək bütün deyilənlərin böhtan olduğunu bildirdi: “Mən yalnız bir cümlə deyəcəyəm. Haqqımda deyilənlər yalan və böhtandır”.

Rafiq Ağayev ona qarşı yönələn ittihamların səbəbi və təfərrüatı ilə bağlı digər suallarımıza cavab verməkdən imtina etdi.

Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışsaq da, rəhbər şəxslərdən heç biri ilə danışmaq mümkün olmadı. Bu qurumun və digər adı hallanan tərəflərin da mövqeyini dərc etməyə hazırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər