Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!

Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!












Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovdur.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Elxan Hüseynovu nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Elxan Hüseynovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.


Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!

**************

Sumqayıt Dövlət Universitetində Naib Hacıyev - Universitetin son bir ilinə nəzər salsaq görərik ki, fəaliyyətimizdə ürəkaçan yeniliklər baş vermişdir. Qazanılan nailiyyətlərin kökündə isə elmimizə, təhsilimizə göstərilən dövlət qayğısı durur. Xalqımızın əbədiyaşar oğlu, dahi şəxsiyyət Heydər Əliyev bütün dövrlərdə bu sahənin inkişafına daim diqqət yetirmiş, milli kadr hazırlığına böyük önəm vermişdir.
Ulu öndərdən sonra onun siyasi kursunu bütün sahələrdə inamla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin son onillikdə elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. Dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası” bilavasitə ölkəmizdə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün başlıca istiqamətləri müəyyənləşdirmişdir.
Dünyanın, eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən çox, təcrübəyə daha çox diqqət yetirirlər. Ölkə prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya ” elmi-texniki infrastrukturunun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!

Bu baxımdan, Sumqayıt Dövlət Universitetinin bacarıqlı və yüksək intellektə sahib olan tələbələrinin nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirməsi məqsədə uyğundur. Sumqayıt Texnologiyalar Parkının və “Azərkimya ” İB-nin müəssisələri ilə iş birliyi yaradılır. Azərbaycan Polimer Materialları İnstitutu ilə SDU arasında təhsil-elmi-istehsalat çərçivisində elmi-təcrübə əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir. PMİ-da universitetimizin baza kafedrasının yaradılması əlaqələrin möhkəmlənməsinə, eyni zamanda, milli təhsilimizin inkişafına töhfələr verəcəkdir.
Onu da qeyd edək ki, əmək bazarı öyrənilməklə pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır.
Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır.
Tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün addımlar atılır. Bu məqsədlə tələbələrlə qarşılıqlı iş qurulur. Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı müvafiq sərəncama cavab olaraq tədbirlər planı hazırlanmışdır. Bu ilki tədris ilindən başlayaraq bu işi uğurla davam etdirəcəyik.
Təhsil Nazirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğını, köməkliyi xüsusilə qeyd etmək istəyirik. Nazirliyin xətti ilə qısa vaxt ərzində bir çox layihələr həyata keçirilmiş, proqramlar hazırlanmışdır. “Sabahın qrupları” layihəsi buna əyani misaldır. Qrup sabahı düşünən, elimi, təhsili idarə etməyi bacaran tələbə gəncləri öz ətrafında birləşdirir.
Pedaqoji kadr hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması və gələcək müəllimlərin də bu səviyyədə yetişməsinə ciddi yanaşılır. Bildiyimiz kimi, orta məktəblərdə təhsilin bütün pillələri üzrə kurikulumların inkişafı hədəf kimi əhatə olunur. Artıq VII siniflərə qədər tədris bu sistemlə aparılır. Növbəti illərdə isə bu sistemə qoşulma prosesi sürətləndiriləcəkdir. Bir neçə pedaqoji ixtisası birləşdirən tədris-metodika kafedralarımız vardır. Təhsil nazirliyinin yaxından köməkliyi ilə ixtisas müəllimləri üçün bir aylıq kurslar təşkil elədik və onlara sertifikatlar verildi. Metodikanın dərindən öyrənilməsində nəzəri biliklərlə yanaşı praktika da vacibdir.Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!

Qısa zaman kəsiyində təhsil ocağında yüksək tələblərə cavab verən, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq üçün sanballı işlər görülmüşdür. Artıq yüksək texniki tələblərə cavab verən və Avropa təhsil sisteminin standartlarına uyğun gələn laboratoriyalar təşkil olunub. Hazırda universitetin mühəndislik fakültəsində TEMPUS layihələri üzrə də laboratoriyalar yaradılıb və yüksək avadanlıqlarla təchiz olunub. Bundan başqa, 37 auditoriyada proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib. Bunlar həm vaxta qənaətin, həm də tədrisin keyfiyyətinin yüksək səviyyəsini göstərir.
SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülür. Sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədrisin prosesində yeni texnologiyalarla təhsil almasına, normativləşməsinə şərait yaradır. Tədris laboratoriyalarının modernləşdirilməsi “LABVieW” proqramı ilə işləyən laboratoriyalar təşkil olunmuşdur.
Tədrisin keyfiyyətinin qaldırılması üçün kitabxananın müasir səviyyədə qurulması və zənginləşdirilməsi də olduqca vacibdir. Son dövr ərzində respublika milli kitabxanasından və digər qurumlardan 3000-nə yaxın dərs vəsaiti, monoqrafiyalar alınmışdır. Hazırda isə elektron kitabxana sistemi yaradılmaqdadır. Gələcəkdə elektron kitabxanaların mərkəzləşdirilməsi də nəzərdə tutulur.
SDU-nun rektoru E.Hüseynovun beynəlxalq əlaqələr barəsində fikirləri: SDU-nun mühüm uğurlarından biri də onun beynəlxalq əlaqlərinin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsidir. Bu sahədə əlaqələrin genişləndirilməsi məqsədilə bu ilin iyun ayında beynəlxalq əməkdaşlıq şöbəsi yaratmışıq. Şöbənin əsas fəaliyyət istiqaməti beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetlərində iştirakını təmin etməkdən ibarətdir.
Hazırda universitetimiz Avropa İttifaqının 4 TEMPUS layihəsində iştirak edir. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!

Avropa-Asiya və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarına üzv qəbul olunmağımızla bağlı həmin qurumlara müraciət etmişik. Sentyabr-oktyabr aylarında keçiriləcək konfransda SDU-nun və Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasına üzv seçilməsi gələcəkdə aparıcı elm və ali təhsil müəssisələri ilə təcrübə mübadiləsinin aparılmasına, iş birliyinin qurulmasına geniş imkanlar yaradacaqdır.
Universitetdə təmir və yenidənqurma işləri tam başa çatdırılmışdır. Auditoriyalar səliqəyə salınmış, texniki avadanlıqlarla təchiz olunmuşdur. Yeməkxana genişləndirilmiş və şəraiti yaxşılaşdırılmışdır. Bundan başqa, müəllim və tələbələri narahat edən bir çox məsələlər öz müsbət həllini tapmışdır. Fakültələrin komplektləşdirilməsi başa çatdırılmışdır. Tələbələrin bir korpusdan digər korpusa gedib-gəlmələrinin qarşısını almaq məqsədi ilə bu cür təşkilati işlər aparılmışdır. Bu da vaxt itkisinin qarşısını almaqla tədrisin səmərəliliyini artırır. Müəllim və tələbələr kompüter sistemindən də yararlana biləcəklər. Yeni qazanxana quraşdırmaqla istilik sistemi tam qaydaya salınmışdır. Sanitar qovşaqlar demək olar ki, yenidən qurulmuşdur.

Fəxrlə deyə bilərik ki, bu gün respublikamızda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur. Bundan səmərəli istifadə isə ölkə rəhbərinin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. SDU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasət nəticəsində milli kadr hazrlayan universitetimiz nüfuzlu ali məktəblərdən birinə çevriləcəkdir.

Elxan Hüseynov rəhbərliyə sədaqət nümunəsidir!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər