Azərbaycanda futbolçunun faciəvi taleyi - 37 yaşında vəfat etdi

Azərbaycanda futbolçunun faciəvi taleyi - 37 yaşında vəfat etdi

















Dünən Qazax rayonunun Xanlıqlar kəndində yaşayan keçmiş futbolçu Qoşqar Sarıyevin vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, uzun illər "Göyəzən" futbol klubunda çıxış edən və komandanın kapitanı olan Qoşqar Sarıyev səhhəti ilə əlaqədar futbolu tərk edəndən sonra mağazada satıcılıq edirmiş. O, doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləyirmiş.

Bildirilir ki, Qoşqar Sarıyevin ürəyindəki problemlər son illərdə daha da artıb və onun gündəlik həyatına təsir edib. Maraqlıdır ki, onun ata-anası da məhz bu xəstəlik nəticəsində vaxtsız vəfat edib.

Q.Sarıyev ailəli olub, 2 övladı var. Onun həyat yoldaşı tibb bacısı işləyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər