Bu gün Ramazan ayı başladı - Təqvim + Cədvəl

Bu gün Ramazan ayı başladı - Təqvim + Cədvəl

















Bu gün Ramazan ayı başlayır

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasında bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayır.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Fətvada qeyd olunur ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcək.

Bildirilir ki, Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. (APA)

Bu gün Ramazan ayı başladı - Təqvim + Cədvəl
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər