"İnternational Medical Center" klinikasında doğulan körpə iki gün sonra öldü

"İnternational Medical Center" klinikasında doğulan körpə iki gün sonra öldü
















Bakıda özəl klinikada doğulan uşaq iki gün sonra ölüb.
Hadisə Səbail rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən "İnternational Medical Center" klinikasında qeydə alınıb.

Həmin klinikada Günel Həsənbalayeva doğuş edib.

Doğulan qızın atası, G.Həsənbalayevanın həyat yoldaşı Əlihüseyn Həsənbalayevin sözlərinə görə, doğuşdan iki gün sonra ana və körpəsi klinikanın doğum şöbəsinin həkimlərinin istəyi ilə evə göndərilib.

Körpə qız evdə ölüb. Ə.Həsənbalayev özəl klinikadan şikayət edib. Şikayət əsasında körpənin meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ekspertiza aparılır.

"İnternational Medical Center" klinikasından report-a bildirilib ki, körpə valideynlərinin istəyi ilə evə aparılıb: "Hazırda bu işlə bağlı xüsusi ekspertizia qrupu tərəfindən araşdırma aparılır".
///report
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər