Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Göygöldür

Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Göygöldür









Göygöl Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Cahid Dadaşov - Göygöldə prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Göygöl seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Göygöldə ekoloji tədbirlərə diqqət artırılıb

Azərbaycanın ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən düzgün istifadəsi mühüm yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə “Ekologiya ili” elan edilməsindən bəri məqsəd məhz bu məsələlərin uğurlu həllini təmin etməkdir. Dövlətimizin başçısının yanında ekoloji problemlərə həsr olunmuş müşavirənin keçirilməsi ən yüksək səviyyədə bu sahəyə qayğının təzahürüdür.

Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Göygöldür. Artıq bir neçə ildir ki, Göygöldə keçirilən tədbirlərdə ətraf mühitin mühafizəsinə də toxunulur və bu sahəyə cavabdehlik daşıyan təşkilatların vəzifə məsuliyyətinin artırılması istiqamətində addımlar atılır.

Göygöl ölkəmizin “yaşıl abidə”lərindəndir. Göygöl Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru Cahid Dadaşov tərəfindən onlarla hektar sahədə əkin işləri aparılıb, 55 hektar sahə kol-kosdan təmizlənib, 320 hektarda təbii bərpaya kömək göstərilib. İl ərzində burada 300 minədək ting yetişdirilib ki, bunun da bir qismi rayonda aparılan abadlıq işləri ilə əlaqədar ağac əkini kampaniyası zamanı əkilib. Bununla bərabər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı ilə Göygöl rayonunun meşə mühafizəsi və bərpası müəssisinə onlarca min ting verilib. Meşə zolağında on kilometr uzunluğunda yeni çəpərlər çəkilib, beş kilometr sahədə köhnə çəpərlər təmir edilib. Otuz altı hektarda isə səpin sahələrinə xidmət göstərilib və iki hektarda tinglik salınıb. Yanğın əleyhinə mineral zolaqların yaradılması on beş kilometr sahəni əhatə edib. On ton palıd toxumu tədarük edilib və meşə əkinləri zamanı istifadə olunub.

Göygölün qazlaşdırılması sahəsində də bir sıra zəruri tədbirlər görülüb və bu il də davam etdiriləcək. Bir sözlə, rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər nikbinlik yaradır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər