“Elba 999” MMC rəhbərindən xalqa və prezidentə xəyanət - Fakt/Video

“Elba 999” MMC rəhbərindən xalqa və prezidentə xəyanət - Fakt/Video















Aprelin 26-da Daşkəsənin Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Bu barədə musavat.com yazıb. Kəsim sexinin anbarına yığılan murdar ətlər kolbasa-sosis istehsalına gedəcəkmiş.

Həmçinin sözügedən şirkətin Bakıdakı və ölkənin başqa rayonları ərazisindəki dönər mağazalarına burdan murdar ət göndərilirmiş. Murdar ətlər at-eşşək və ölmüş mal-qara ətləri olub.

Əldə etdiyimiz bilgilərə görə, “Elba 999” şirkətinin rəhbəri Elçin Rüstəmov adlı iş adamıdır. O, ictimaiyyətə və prezident İlham Əliyevə tanış sahibkardır.

Çünki ölkə başçısı qarşısında çıxışı olan video var. Amma iş adamı prezidenti də aldadır, xalqı da. Həm dövlət başçısına yalan danışır, həm insanlara xəyanət edir, ölü ət yedirir.

2013-də keçirilən müşavirədəki çıxışda E.Rüstəmov mərhum prezident Heydər Əliyevin tədbirində də iştirak etdiyini qeyd edib.

Amma bu insan dönərxanalara, kolbasa firmalarına ölü və murdar eşşək əti satır. Xalqı və dövləti aldadan iş adamı məsuliyyətə cəlb oluna bilər.

Xatırladır ki, “Elba 999” MMC 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərir. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var.

Eyni zamanda 2015-ci ildə MMC-nin Gəncədəki ət kombinatının açılışında ölkə prezidenti İlham Əliyev iştirak edib. “Elba 999” MMC-nin Gəncədə və Bakıda “Has Dönər Haus” dönər şəbəkələri var.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər