Seçiciləri deputatın axtarışına çıxıblar - İDDİA

Seçiciləri deputatın axtarışına çıxıblar - İDDİA
















TƏCİLİ AXTARILIR: Əliyev Bəxtiyar Həmzə oğlu, doğum ili: 1961; partiya mənsubiyyəti: bitərəf; Milli Məclisin Elm və təhsil Komitəsinin sədr müavini; Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan AAK-nın bölmə müdiri (cəmi: 15 vəzifə)

Ağdam sakinləri öz deputatlarını – 118 saylı Ağdam şəhər seçki dairəsindən millət vəkili seçilmiş Bəxtiyar Əliyevi tapa bilməməkdən şikayətlənirlər.

Şəhər sakinləri "Tezadlar.az"-a bildirib ki, millət vəkilinin təmsil etdiyi seçicilərinin bir sıra sosial problemlər var. Narazı seçicilərin sözlərinə görə, səsləri sayəsində deputat mandatı daşıyan Bəxtiyar Əliyev onların problemləri ilə maraqlanmır: "Nəinki maraqlanmır, deputat seçiləndən bu şəxsin üzünü demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən Bəxtiyar Əliyev problemlərimizlə maraqlanmır, şikayətlərimizə məhəl qoymur. Ona poçt vasitəsilə ünvanlandığımız məktublar da cavabsız qalıb. Halbuki o, seçkiqabağı keçirdiyi görüşlərdə problemlərimizlə və digər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi...".
Məsələ ilə bağlı millət vəkilinin mövqeyini öyrənmək cəhdimiz aldınmıdı. Odur ki, mövzu ilə əlaqədar araşdırmamızı davam etdirəcəyik.
Tezadlar.az
P.S.Bu dəqiqələrdə Bəxtiyar Əliyevin BDU-da çalışan iş yoldaşlarından daha bir məktub aldıq. Onlar kafedra müdiri Bəxtiyar Əliyevin qəbuluna düşmək üçün az qalıb ki, əvvəllər ATV-də, sonra ANS-də, indi isə "Xəzər-TV"-də yayımlanan "Səni axtarıram" proqramına müraciət etsinlər... Deputat Bəxtiyar Əliyevi görüb-bilənlərdən "Təzadlar"a və Ağdam seçicilərinə məlumat vermələri xahiş edilir... Deputatı axtaranlar, həm də Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə müraciət qəbul ediblər... Tezliklə saytda oxuya bilərsiniz...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər