Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov - Haqqı danana haqq da divan tutacaq

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov - Haqqı danana haqq da divan tutacaq











Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovdur.

Son günlər ölkə KIV-lərində Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “BAKI LİFT İDARƏSİ RƏİSİNİN ZƏNGİN HƏYATI – 400 min dollarlıq toy” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Qüdrət Şükürovun fəaliyyətindən yazmırlar? Axı Qüdrət Şükürovun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Qüdrət Şükürovun gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Qüdrət Şükürov Bakı Lift İdarəsinin baş direktorudur.

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən məmurdur

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər