Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

















Oğuz rayonu ərazisində meşələrdə "yaşıl soyqırım" həyata keçirilir

Oğuz rayonu ərazisində fıstıq, vələs və palıd ağaclarının sıx olduğu meşələrdə vəhşicəsinə məhv edilir.

Bu barədə azxeber.com-a rayon sakinləri məlumat verib. Məlumata görə, mart ayının sonunda ağır texnika növbəti dəfə meşələrdəki fıstıq və palıd ağaclarını doğrayıb. Rayon sakinlərinin yazdığı məlumata görə, bəzi işbazlar meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların bir hissəsi isə əhaliyə odun kimi satılır. Hazırda rayon ərazisində bir maşın odunun qiyməti 500-600 manat arasındadır. Son günlər vəziyyət tamamilə nəzarətdən çıxıb. Rayon sakininin sözlərinə görə, Xalxal, Muxas, Calud, Yemişənli, Filfili, Xaçmaz və digər kəndlərinin meşəliklərində demək olar ki, ağac qalmayıb.

Artıq məlum "meşə soyqırımı" ilə bağlı Oğuz sakinləri sosial şəbəkələrdə səhifə də yaradıblar. Onlar dəfələrlə aidiyyatı qurumlara məlumat verdiklərini açıqlasalar da, heç bir tədbir həyata keçirilməyib. Bu səhifədə Oğuz meşələrindəki soyqırımla bağlı məlumatlar yazılır, şəkillər paylaşılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi İdarəsində son bir neçə ildə bir neçə rəhbər dəyişdirilib. Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət əsasında Nazirlikdə bir neçə dəfə Komissiya yaradıb. Bu istiqamətdə aparılan araşdırmalarda bir neçə rəhbər vəzifəsindən çıxarılıb. Ancaq hazırki idarə rəisi də meşələrin kəsilməsi üçün tapşırıq verir.

Xatırladaq ki, ötən gün Yasamal rayonu, Mətbuat prospekti, Ovçular evinin yaxınlığında da ağaclar məhv edilməsi ilə bağlı məlumat yayılmışdı. Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ölkə başçısı İlham Əliyev tapşırıq vermişdi. Belə ki, ağacları kəsib yerində bina tikmək istəyən şirkət 130 min manat cərimələnmiş, tikinti işləri dayandırılmış və faktla bağlı cinayət işi qaldırılmışdı.


Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)

Oğuz meşələrində ağacları kəsib milyonlar qazanan şəxslər kimlərdir? - Rayon sakinləri imdat diləyir (Fotolar)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər