Lənkəran Polis Şöbəsində şok

Lənkəran Polis Şöbəsində şok















Lənkəran rayonunda müvəqqəti saxlama kamerasında saxlanılan şəxs intihar edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, soyğunçuluq məqsədilə evə basqın edərək ona ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.

İlkin məlumata görə, adı hələlik açıqlanmayan şübhəli polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü vurub. İntihar edənin Xolmili kənd sakini olduğu söylənilir.

Evə basqın hadisəsi martın 18-də Lənkəran rayonunun Xolmili kəndində baş vermişdi. Belə ki, evə basqın edən şəxs və ya şəslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib, lakin bir neçə gün sonra dünyasını dəyişib. Dünyasını dəyişən V. Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran şəhər Polis İdarəsində son illər intihar olayları tez-tez baş verir.

Belə ki, 2013-cü ilin aprelin 11-də saat 12.00 radələrində Lənkəran şəhər Polis Şöbəsində cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Bu ilin yanvar ayında 3 azyaşlı uşaq anası Yaqut Əliyeva da özünə qəsd edərək idarənin 3-cü mərtəbəsindən özünü atmışdı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər