Nazir icra başçısının qohumuna vəzifə verdi

Nazir icra başçısının qohumuna vəzifə verdi















Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə yeni direktor təyin edib.

Nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin gəlirlər sektortunda məsləhətçi vəzifəsində çalışan Elxan Bədəlov Məşğulluq Mərkəzinə direktor təyin olunub.

Bu gün E.Bədəlov kollektivə təqdim olunub.

Onu da bildirək ki, E.Bədəlov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qohumudur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər