Məktəbdə göstərdiyi qayğıya görə müəllimlər və valideynlər Nazilə xanıma Məmmədova təşəkkür edirlər

Məktəbdə göstərdiyi qayğıya görə müəllimlər və valideynlər Nazilə xanıma Məmmədova təşəkkür edirlər










Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəbdə 51 sinifdə 1300 şagird təhsil alır. Məktəbimiz 1 növbəlidir. 2012-ci ildə məktəb əsaslı təmir edilmiş və “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məkətbdə 58 otaq vardır. Məktəbdə texnologiya kabinetləri, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otağları, tibb otağı, şahmat və kompüter otaqları vardır. Məktəbimizin Azərbaycan bölməsində “Rus dilinin intensiv tədrisi” pilot layihəsi həyata keçirilir. Məktəbdə müxtəlif dərnəklər fəaliyyət göstərir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əminəm ki, təhsil sistemində aparılan islahatlar, müasir təlim metodlarının geniş tətbiqi və mərhələli istifadəsi nəticəsində yeni nəslin yetişdirilməsi sahəsində mühüm nailiyyətlər əldə ediləcəkdir”- fikirləri də məktəbin pedaqoji heyətinə stimul verir. Məktəb pedaqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə əsaslı bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirməkdir.

Nəriman Nərimanov adına 45№li tam orta məktəbin drektoru Nazilə xanım Məmmədovanın adı, Nərimanov ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Nazilə xanım üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Nazilə xanım dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Nazilə xanım tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də məktəbin drektoru Nazilə xanım bu tədris ilində məktəbin əməkdaşları ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə dərslərdə olmuşdur.

Məktəbdə göstərdiyi qayğıya görə müəllimlər və valideynlər Nazilə xanıma təşəkkür edirlər.
Bir neçə yerdə sorğu apardıq ağız dolusu Nazilə xanımdan danışdılar yaxşı ki Nazilə xanım Məmmədova Nəriman Nərimanov adına 45№li tam orta məktəbin drektoru seçilib… Nazilə xanım öz isguzarlığı ilə tanınır və seçilir….
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər