Arif Seyidovun tutduğu yol çox aydın və düzdür - FOTOLAR + ÖZƏL

Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL










Göygöl rayonunda böyük işlər görülür. Göygöl rayonu abadlaşır, gözəlləşir, çox önəmli addımlar atılır, sənaye müəssisələri açılır... kənd yolları, sosial obyektlər tikilir, Turizm sahəsi çox inkişaf edib.

İlham ƏLİYEV


Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib.

Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL

Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL

Göygöl rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Göygöl ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.


******************

Bu ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Hesabat dövrü ərzində iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 42 milyon 251,2 min manat, ondan 24 milyon 283 min manatı (57,5 %) istehsal sahələrini, 17 milyon 968,2 min manatı (42,5%) xidmət sahələrini təşkil etmiş, adambaşına 662,7 manat dəyərində məhsul istehsal edilmişdir.
Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL

2019-cu ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 143,7 faiz artaraq 9 milyon 901,7 min manat olmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz təşkil etmişdir.
2018-ci ildən tikintisinə başlanılmış Rayon Statistika idarəsinin yeni inzibati binasında hazırda tamamlama işləri aparılır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin inzibati binasının və Qafqaz tipli otelin tikintisi davam etdirilir.
Dövlət qayğısı nəticəsində ümumtəhsil məktəblərinin tikintisi və onların maddi-texniki bazası ilbə-il güclənir. Hazırda Əzgilli kənd ibtidai məktəbi üçün 20 yerlik modul tipli binanın tikintisi davam etdirilir.
Göygöl şəhərinin Ordubadi, Mikayıl Müşfiq və İsrafil Məmmədov küçələrinin davamı olaraq küçələrə asfalt örtüyün salınması və su ötürücü arxlar quraşdırılmasına hazırlıq işləri başlanılmışdır. Şəhərin Azay Kazımov küçəsində aqlaydan olan divar üzlüklərinin 4000 kv.metri cilalanmış, şəhər Mərkəzi stadionunda suvaq işləri görülmüş, divarlarlara emulsiya vurulmuş, dəmir konstruksiyalar isə rənglənmişdir. Şəhərin mərkəzi küçələrdə yerləşən evlərin dam örtüyündə su ötürücülərin təmizlənməsi və su ötürücü boruların təmiri işləri aparılmışdır. Şəhər 1 və 2 saylı Qəbiristanlıların daxili yollarına 2200 kv.metr asfalt örtük salınmışdır.

Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL
Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbəsində keçirilən səyyar qəbulu zamanı sakinlər tərəfindən irəli sürülmüş təklifə əsasən məhəllədə yeni nümunəvi məhəllənin yaradılması məqsədi ilə qanunsuz çəpərlər sökülərək təmizlik işləri aparılırmış, əraziyə münbit torpaq gətirilərək layihələrə uyğun relyefin planlaşdırma işləri görülmüş, 2000 p/m bardür daşları quraşdırılmışdır. 610 ədəd müxtəlif növ dekorativ ağaclar və 2500 ədəd lükstr kolu əkilmiş, yaşıllıqların mütəmadi suvarılması üçün 1500 p/m yeni su xətti çəkilmişdir. Nümunəvi məhəllədə uşaq meydançasının yaradılmışı, söhbətgahların quraşdırılmışı, oturacaqların qoyulması, işıqlandırma sistemləri yenilənməsi işlərinə başlanılmış və hazırda işlər davam etdirilir.
Əkin sahələrində 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 8228,8 hektar sahədə payızlıq səpin aparılmış, 2019-cu ilin aprel ayının 1 vəziyyətinə isə 25 hektar yazlıq səpin işləri görülmüşdür. Cəmi bu ilin məhsulu üçün 8253,8 hektar sahədə dənli bitkilərin səpini aparılmışdır.
Rayonda 2019-cu ilin 3 ayı ərzində 405 yeni iş yerləri açılmışdır, bunun da 208-i daimidir.

Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL
Əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə 2019-cu ilin 1-ci rübü ərzində 567 nəfər iş axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, tövsiyə məktubu əsasında 189 nəfəri münasib iş yerləri ilə təmin olunmuşdur. Onlardan 175 nəfər işsiz “DOŞT İŞ Mərkəzi” MMC-də sosial işçi olaraq işə düzələndir. Hazırda Özünəmşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik 16 nəfər şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilmişlər. Yaxın vaxtlarda ak¬tiv¬lər¬lə tə¬min edilməsi nəzərdə tutulur.


Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏL
Arif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏLArif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏLArif Seyidovun tutduğu yol  çox aydın və düzdür - FOTOLAR + ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər