Bakıda yeni fırıldaqçı peyda olub - Diqqət + Video

Bakıda yeni fırıldaqçı peyda olub - Diqqət + Video












Bakıda yeni fırıldaqçılıq metodundan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan oğurluq videosunda bir kişi mağazaya daxil olaraq qonşu mağazada işlədiyini və 100 manatlığa 2 ədəd 50 manatlığın olub-olmamasını soruşur.

“Qafqazinfo” xəbər verir ki, fırıldaqçının qurbanı olan xanım bu haqda yazıb: “Bu videonu hər yerdə paylaşın, bu oğrunu hamı tanısın. Bu adam bu gün mənim mağazama girib “qarşıdakı saat dükanından gəlmişəm, orda işləyirəm, bəs, məni tanımadınız” dedi.

Mən də təəccüblü şəkildə “tanımadım” dedim. “Qonşuyuq, qonşu saat dükanından gəlmişəm. 100 AZN-ə iki 50 AZN olmaz?”. Baxdım, dedim, “1 dənə 50 manatdı”. Bu da qayıtdı ki, “50-ni verin, o biri 50-ni də “9-ay” hamiləlik dükanından alacam. Xırdamız olmayanda ordan götürürük. Sizin pulu birgə “9-ay”a qoyaram, ordan götürə bilərsiz”. Mən də “hə” dedim.

Qısası belə “salidni viddə” girib ele çıxış elədi ki, mənim də təmiz beynim dondu, heç nə ağlıma gəlmədi sual verməyə. Arxasınca baxdım ki, görüm, “9-ay” dukanına gedir ya yox? Gördüm, taksiyə minir. Paylaşın hamı bu alcağı tanısın. Girib mağazalarda heç kimə ata bilməsin, bir də nəsli, kökü görsün ki, belə hamıya ata-ata asan pul dilənir”.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər