Goranboy Rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib

Goranboy Rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib















Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, rayon sakini, 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, R.Qarayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər