Bakıda yol polisi avtomobili ağır qəza törətdi: yaralılar var

Bakıda yol polisi avtomobili ağır qəza törətdi: yaralılar var
















Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı "BMW" ilə "QazEl" markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər