Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir

Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir








Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr Tərtərdə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Rayonda apardığımız kiçik bir araşdırmada və vətəndaşlarla etdiyimiz söhbətlərdə aydın oldu ki, prezident Ilham Əliyev Müstəqim Məmmədovu Tərtər rayonuna icra başçısı təyin etməkdə heçdə yanılmayıb. Çünki Müstəqim Məmmədovun Tərtər rayonunda və şəhərində görüdüyü abadlıq, quruculuq işləri, həmçinin vətəndaşların sosial problemləri və sair işlər əslində İlham Əliyevin görüdüyü işlərdir. İcra başçısı vətəndaşlarla daim görüşündə təkrar-təkrar deyir ki, mən cənab prezidentin Tərtərdəki nümayəndəsiyəm və gördüyüm bütün işləri İlham Əliyevin adından görürəm. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Tərtər rayonunda çoxlu sayda əsaslı yenidənqurma işləri görülüb, iri miqyaslı layihələr həyata keçirilib və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilib.



Rayon vətəndaşları ilə etdiyimiz söhbətdə sakinlər Müstəqim Məmmədovun sadə, vicdanlı, hər kəsi dinləyərək problemi ilə maraqlanan və daim köməklik göstərməyə çalışan biri kimi xarakerizə etdilər. Görünən odur ki, Tərtərlilər Müstəqim Məmmədov kimi bir icra başçısı ilə hələ uzun illər yaşayıb, xoş xatirələr görmək istəyirlər.


Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər