Hökumətdən müjdə: Nazir əlil tələbələri təhsil haqqından azad etdi - Detallar

Hökumətdən müjdə: Nazir əlil tələbələri təhsil haqqından azad etdi - Detallar












Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud olan I və II qrup əlil tələbələri təhsil haqqından azad edib

Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.

O bildirib ki, uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul olur: "Onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim.

Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva da məsələni diqqətdə saxladı və Təhsil Nazirliyi, başda nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar”.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyi daha böyük bir addım atıb: “Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi.

Mən 15-ə qədər hazırda təhsil alan tələbələrin siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələr də var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub”.

Politika.Az xəbər verir ki, bu həm müsbət islahat, həm də humanist addım, həm əlil tələbələrə ciddi dəstəkdir.

Təhsil Nazirliyini və bu sahədəki nöqsanları ən çox tənqid edən xəbər portallarından biri olsaq da, təqdir olunacaq halları da qeyd etməliyik.

Həqiqətən də ölkə rəhbərliyinin və təhsil nazirinin birgə əməyi nəticəsində belə bir islahat görülüb. Hər halda bu qərar verilərkən ölkə rəhbərliyi ilə məsləhət aparılıb, maliyyə imkanları hesablanıb. Əlil tələbələrin ailəsinə müjdə olan bu xəbər böhran vaxtı böyük dəstəkdir.

Ümumiyyətlə, Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar, qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir.

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atılıb.

Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş vətəndaş formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar kompetensiyalara və biliklərə malik bir insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması isə əsas məqsədlərdən biridir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər