İqtidarın vitse-prezidentləri də bəllidir: Tezliklə sensasiya açıqlanacaq

İqtidarın vitse-prezidentləri də bəllidir: Tezliklə sensasiya açıqlanacaq










Vitse-prezidentlərin təyinatı ilə bağlı cəmiyyətdə gözləntilər var

1-ci vitse-prezidentin Mehriban Əliyeva təyin olunması alqışlandı və növbəti təyinatların kimlər olacağı maraqla gözlənir.

Onların kimlər olduğu da bəllidir və prezident öz seçimini edib. Sadəcə, rəsmi məlumat yayılması qalıb. Bu təyinatlardan sonra yeni bir siyasi dövrə başlanacaq. Əldə etdiyimiz xəbərlərə görə, vitse-prezidentlər islahatçı kadrlardan təşkil olunub.

Onların arasında prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun adı daha çox keçir. Yaxın vaxtlarda vitse-prezidentlər də açıqlanacaq. Bu siyahının hamını təəccübləndirəcəyi bildirilir.

İndi hakimiyyət birqütblü deyil və müxtəlif qruplaşmalar, merkantil maraqları olan klanlar var. Onların hamısının istəkləri təmin olunmalıdır. Bu arzular təbii ki, iqtidardakı mövqeləri möhkəmləndirmək və vitse-prezident postuna hər klandan bir namizədi yerləşdirməkdən ibarətdir.

Politika.Az-ın verdiyi xəbərə görə, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun şansları yüksəkdir.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədovun da vitse-prezidentliyə namizəd olduğu iddia edilir.

Eyni zamanda İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun da namizəd olduğu xəbər verilir. Onlar arasında baş nazirin müavinləri Əli Həsənov və Əli Əhmədovun adı çəkilir.

Saytımızın araşdırması zamanı hakim Yeni Azərbaycan Partiyasında da vitse-prezidentlərin kimliyi ilə bağlı hər hansı bir müzakirənin aparılmadığı bəlli olub.

Aprelin 12-də nəzərdə tutulan vitse-prezident təyinatı ilin əvvəlində gerçəkləşə bilər.Bu erkən qərarlar məhz regiondakı geosiyasi hadisələrin gedişatından asılıdır.

Hakimiyyət bu məsələni yubatmaq istəyirdi. İqtidar vitse-prezident təyinatında tələsmirdi.

Ona görə də bəzi nazirlərin arasındakı kompromat savaşında da durğunluq müşahidə edilirdi. Ancaq yeni siyasi mərhələ başlanır və rəsmi Bakının daxili siyasətində qərarlar sürətlənə bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər