İqtidarın müdhiş mexanizmi: 1-ci vitse-prezident icra başçılarını vəlvələyə salıb - Təfsilat

İqtidarın müdhiş mexanizmi: 1-ci vitse-prezident icra başçılarını vəlvələyə salıb - Təfsilat












Hakimiyyət korrupsiyaya qarşı mübarizəni sərtləşdirir, özbaşınalığa yol verən məmurlara nəzarəti gücləndirir, mənimsəmələrdə ad çıxarmış nazir və komitə sədrlərinin qaykalarını bərkidir...

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, 1-ci vitse-prezident Mehriban Əliyevanın təyin olunması və şəffaf idarəçilik sistemi qurulmasında prezident İlham Əliyevə verəcəyi dəstək məmurları vəlvələyə salıb.

Bu anlamda zaman o zaman deyil və iqtidar büdcənin talan olunmasına göz yummaq fikrində deyil. M.Əliyevanın təyinatı da bu mənada çox uğurludur və yeni idarəetmə mexanizmi komandada islahatlara maneə olanları çıxdaş edəcək.

Beləliklə, 2017-ci il idarəçilik yeni dövrün başlanğıcıdır. İndi əvvəlki kimi büdcə pullarının səpələnməsi, milyonların israfçılığı mümkün olmayacaq.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

Politika.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, 1-ci vitse-prezident Mehriban Əliyevanın təyin olunması nəzarəti gücləndirəcək və məmurların istədiklərini həyata keçirməsi məhdudlaşacaq. Bundan başqa, icra hakimiyyətlərinə nəzarət artırılacaq.

Rayonlarda özbaşınalıq, süründürməçilik, vətəndaşlara qarşı haqsızlıq edən icra başçısından təkcə prezidentə deyil, 1-ci vitse-prezidentə də şikayətlər göndəriləcək.

Hansı rayon rəhbərindən M.Əliyevaya şikayət çatsa və mətbuatda tirajlansa həmin icra başçısının vəziyyəti ürəkaçan olmayacaq.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.

"Strateji Yol Xəritəsi”nin qəbul olunması, dövlət stukturlarında qənaət rejimi, icra hakimiyyətlərinə dotasiyaların kəsilməsi iqtisadi reformların mühüm istiqamətidirsə, digər tərəfdən kadr islahatları bunun ən mühüm tərəfləridir.

Ölkənin gündəmi dəyişib, diqqət prezidentə yönəlib və hamı bu dəyişikliklərin davamını istəyir. Bu, hakimiyyət üçün bəzi müxaliflərin iddia etdiyi kimi, quraşdırılmış tamaşa deyil.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər