Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL

Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL











Əsrarəngiz təbiətə malik olan Salyan ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Salyanın simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir. Rayonda əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər də ürəkaçandır.

Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Salyanda da yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Sevindik Hətəmov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır.Salyan rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal-hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.

Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL

Rayonun iqtisadi inkişafının təmin olunması üçün atılan bütün addımlara gəldikdə isə Sevindik Hətəmovun bu gərgin əməyi də bəhrəsini verməkdədir. Qeyd edək ki, Salyanda hazırda iqtisadiyyatın inkişaf etdirilməsi üçün icra başçısı tutarlı addımlar atır, işlər görür, real nəticələr əldə edir. Elə bu səbəbdəndir ki, son bir ildə Salyanda iqtisadi inkişaf üzrə artım artıq xeyli yüksəlib. Və bu ildən etibarən həmin inkişafın iki dəfə artması gözləntiləri var. Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Sevindik Hətəmovun gərgin əməyinin nəticəsi olaraq Salyanda bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2017-ci ildə də Salyan rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.

Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov


Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL
Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL
Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL
Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏL
Bəzi media qurumlarına cavab - Rəşad Cəbrayılov - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər