Ziya Məmmədovu əvəz edən nazir kimdir? - Haqqında

Ziya Məmmədovu əvəz edən nazir kimdir? - Haqqında










Ramin Namiq oğlu Quluzadə yeni yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Ramin Quluzadə kimdir?

Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib.

2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib və 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib. 2015-2016-cı illərdə isə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.

Ailəlidir, 2 övladı var.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər