Məcburi köçkünlərin "işıqpulu" yenidən hesablanacaq - Sayğaclar sıfırlanıb

Məcburi köçkünlərin "işıqpulu" yenidən hesablanacaq - Sayğaclar sıfırlanıb










"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məcburi köçkünlərin sayğaclarının son göstəricisini silib

Bu barədə movqe.az-a məcburi köçkünlər məlumat verib.

Məlumata görə, həm indiyədək elektrik enerjisini onlara ayrılan 150 kVt.saatlıq limitdən az işlədərək qənaət edən, həmçinin də limitdən artıq elektrik enerjisi sərf edən məcburi köçkünlərin elektrik sayğaclarının son göstəricisi sıfırlalanıb. Müxtəlif ünvanlarda məskunlaşan məcburi köçkünlər

Movqe.az-a bildiriblər ki, adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limitini qənaətlə işlədərək balanslarına müəyyən məbləğdə vəsait toplayıblar. Bu günlərdə isə "Azərişıq” ASC-nin əməkdaşları onların qənaət etdiyi məbləği balansdan silərək sayğacın son göstəricisini 0 edib:

"Biz elektrik enerjisinə qənaət edərək aylıq limitdən az işlətmişik. Bunun sayəsində bəzimizin sayğacında göstərilirdi ki, balansımızda müəyyən məbləğdəvəsait qalıb. Bir-iki gündür ki, sayğacımızın balansı 0 göstərilir. Araşdırdıq, məlum oldu ki, "Azərişıq” ASC bizim qənaət edərək balansımıza topladığımız məbləği silib. Səbəbini isə bizə izzah edən yoxdur. Halbuki, bizim elektrik enerji sərfiyyatımız sayğacdakı son göstəriciyə uyğun hesablanırdı. Qənaət edib işlətmədiyimiz limit balansımızda qalırdı. O limiti bizə dövlət ayırmışdı, işlətdik-işlətmədik, həmin 150 kVt elektrik enerjisinin haqqını "Azərişıq” ASC-ə aylıq olaraq ödəyibdir. Biz isə qənaət edərək limitdən az işlədib o məbləği balansımıza toplamışıq. İndi "Azərişıq” ASC dövlətdən hər ay pulunu aldığı 150 kVt elektrik enerjisindən əlavə bizim işlətmədiyimiz elektrik enerjisinin haqqını da əlimizdən almış olur.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev movqe.az-a bildirib ki, indiyədək məcburi köçkünlərə elektrik enerjisi üçün ayrılan limit aylıq elektrik enerjisi sərfiyyatı kimi hesablanıb: "Məcburi köçkünlərə adambaşına ayrılan 150 kVt.saat elektrik enerjisi aylıq limit idi. Limit aylıq norma kimi nəzərdə tutulduğundan, növbəti aya keçə bilməz. Onu da qeyd edim ki, məcburi köçkünlərin bəziləri elektrik enerjisini qənaətlə işlətdiklərini iddia etsələr də, xüsusilə rayon yerlərində məskunlaşan məcburi köçkünlər aylıq limiti dəfələrlə aşırdılar. Və həmin məbləğ borc kimi yaranmışdı. Hesablasaq limitdən artıq sərf edilən elektrik enerjisinin haqqı, qənaət edilərək məcburi köçkünlərin balansına toplanan məbləğdən dəfələrlə çoxdur. Məcburi köçkünlər üçün kommunal xidmətlərə görə limit ləğv olunaraq müavinətlə əvəzləndiyindən, "Azərişıq” ASC dəqiq hesablama aparmaq üçün onların sayğacının balansının son göstəricisini 0-dan hesablayacaq. Biz qanuna müvafiq olaraq işimizi görürük”.

T. Mustafayev deyib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 5 min 700 elektrik sayğacı quraşdılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsindən də bildirdilər ki, Nazirlər Kabinetinin müvafiq qərarında məcburi köçkünlər üçün ayrılan kommunal xidmətlərə görə limitin növbəti aya keçməsi barədə qeyd yoxdur. Bu isə məcburi köçkünlərin elektrik enerjisini qənaətlə işlədərək balansa yığdıqları limitin növbəti aya keçməsinə əsas vermir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər