Qafqaz Universiteti terror təşkilatı elan edildi

Qafqaz Universiteti terror təşkilatı elan edildi












İstanbul prokurorluğu Bakıda, bu yaxınlarda bağlanılan Qafqaz Universitetini terror ideyaları yayan təşkilatların siyahısına daxil edib.

Bu barədə yanvarın 30-da Türkiyənin "Hurriyet” nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyə prokurorluğu Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rumıniya və bir sıra ölkələrdə Fətullah Gülənin terror təşkilatına aidiyyəti olan 17 tədris ocağının siyahısını dərc edib.

Prokurorluğun məlumatına görə, bu ali məktəblər Gülən hərəkatının ideya və məqsədlərini yayırlar.

Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevrilişə cəhd olub. İstintaq çərçivəsində Ankara on minlərlə vətəndaşı göz altına alıb. Ankaranın fikrincə, qiyamı ABŞ-da yaşayan Fətullah Gülən təşkil edib.

Türkiyə dəfələrlə Vaşinqtonu Güləni ekstradisiya edilməsinə çağırıb.

Qafqaz Universiteti Bakıda 1993-cü ildə açılmışdı.


///Oxu.Az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər