Baş nazir müavinindən islahat anonsu: səhiyyə nazirinin istefasına eyham vuruldu - Təcili

Baş nazir müavinindən islahat anonsu: səhiyyə nazirinin istefasına eyham vuruldu - Təcili









“Hər il ölkəmizdə əhali orta hesabla 1,3% artır. 25-30 il əvvəl Azərbaycanda 7 milyon əhalisi var idisə, bu gün əhalinin sayı 10 milyona yaxınlaşıb”.

Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çox cəsarətli layihə həyata keçirilir:

“Güman edirəm ki, bu layihələrin həyata keçirilməsi öz müsbət nəticələrini göstərəcək. Bu gün bizi narahat edən problemlər yaxın vaxtlarda aradan qalxacaq, əhali üçün etibarlı səhiyyə sistemi təmin ediləcək”.

Bu açıqlama ilə baş nazirin müavini mühüm mesaj verib. O, ilk növbədə səhiyyə sisteminə toxunub və problemlərin olduğunu dilə gətirib. Ə.Əhədivun islahat anonsu səhiyyə naziri Oqtay Şirəliyevin istefasına hazırlıq eyhamı da ola bilər.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda islahatların yeni mərhələsi başlayır: "Biz əvvəl müəyyən olunmuş hədəflərə çatmışıq, artıq islahatlar yeni mərhələyə qədəm qoyur. Azərbaycan dəyişikliklər dövrünü yaşayır. Cəmiyyət ciddi islahatlar mərhələsindədir”.

Politika.Az-ın xəbərinə görə, Əli İnsanovdan sonra bu sahədə dəyişiklik olmadı. Oqtay Şirəliyevin zamanında səhiyyə bərbad hala düşdü. Bu baxımdan baş nazirin müavininin islahat anonsu yeni istefaya işarə da sayıla bilər.

Minlərlə vətəndaş xəstəxana qapılarında süründürülür, pulsuz əməliyyat olunmur, qaynar xəttə hər gün yüzlərlə şikayət edilir. Onsuz da bu müraciətlər nəticəsiz qalırdı.

İnnən belə daha da vəziyyət ağırlaşacaq. Vətəndaşlar pulsuz tibbi xidmət olmadığını deyərək həkimləri rüşvətxorluqda itiham edirdi. Az-çox onlar da çəkinir, özlərinə çəki-düzən verirdilər.

Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi.

Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər