"Bəzi ölkələr FETÖ üzvü olan terrorçulara sığınacaq verirlər" - Ərdoğan

"Bəzi ölkələr FETÖ üzvü olan terrorçulara sığınacaq verirlər" - Ərdoğan











Ölkəmizin qara siyahısında olan bir FETÖ mənsubu ABŞ-da universitet rektoru olur. Bu, nə deməkdir?.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin 9-cu konfransında danışarkən deyib. Onun sözlərinə görə, Qərb ölkələri suriyalı miqrantlara sığınacaq haqqı verməkdənsə, FETÖ və PKK üzvlərinə dəstək verir: "Bizim yaşadığımız hadisələrin onda birinə belə məruz qalmayanların aldığı önləyici tədbirlər ortadadır. Konstitusiya və beynəlxalq hüquq normalarına uyğun həyata keçirdiyimiz tədbirlər ilk gündən etibarən bu çevrələr tərəfindən tənqid edilir. Təəssüf ki, ən pisi bəzi ölkələr hələ də FETÖ üzvü olan terrorçulara sığınacaq verməkdədir. Sığınma haqqı suriyalı miqrantlara verilmir. Ancaq FETÖ və PKK üzvlərinə təqdim edilir”.

Xatırladaq ki, Türkiyədə axtarışa verilən Fateh Universitetinin keçmiş rektoru Şərif Əli Təkalan ABŞ-ın Texas ştatındakı Şimali Amerika Universitetinin rektoru təyin olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər