Ərdoğandan son dəqiqə açıqlaması — Yolumuzdan dönməyəcəyik

Ərdoğandan son dəqiqə açıqlaması — Yolumuzdan dönməyəcəyik








Türkiyə prezidenti Ərdoğan İstanbulda törədilən terror hadisəsi ilə bağlı açıqlama verib.

Ərdoğan xaosa yol verməyəcəklərini bildirib.

Açıqlamada deyilir: “Xaos yaratmağa çalışırlar. Amma buna imkan verməyəcəyik. Müxtəlif terror qruplaşmaları ölkəmizi hədəf alıb. Ölkəmizə tuşlanan bu terror hadisələri bölgədə baş verən hadisələrlə bağlıdır. Türkiyəyə yönəlmiş təhdid və hücumları mənbəyində yox etmək mövzusunda qərarlıyıq”.

Terror vaxtı yaxınlarını itirənlərə baş sağlığı verən və yaralılara şəfa diləyən Ərdoğan davam edib:

“Ölkə və millət olaraq terror qruplaşmaları və onların arxasındakı güclərin təkcə silahlı yox, eyni zamanda iqtisadi, siyasi və sosial hücumlarına qarşı da mübarizə aparacayıq. İstanbuldakı vəşhi hücum terrorun insanlar arasında fərq qoymadan can almaq, qan tökmək və insanları qorxutmaq hədəfini qarşısına qoyduğunu görürük. Millətimizin əmin-amanlığını əlindən almaq istəyənlər və onların əlaltıları mülki vətəndaşları da hədəf alaraq Türkiyədə sabitliyi pozmaq, xalqın əhvalını korlamaq və xaos yaratmaq istəyirlər. Amma biz millət olaraq soyuqqanlılığımızı qorumalı, bir-birimizə yaxınlaşmalı və bu oyunlara şərait yaratmamalıyıq. Terrora qarşı mübarizə davam edəcək, bizi heç kəs və heç nə yolumuzdan döndərə bilməz”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər