Prezidentdən əhaliyə şad xəbər

Prezidentdən əhaliyə şad xəbər







Bu gün prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verib. Prezident bildirib ki, gələn il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq. Prezident yeni formatın nədən ibarət olacağını deməsə də aşağıdakı mühüm siyasi mesajı verib: “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”. Bəs islahatların prezident tərəfindən anons edilən yeni formatı nədən ibarət ola bilər? İlham Əliyev xalqın maraqlarının onun üçün hər şeydən üstün olduğunu ayrıca vurğulamaqla nə demək istəyirdi? Bu sualların cavabı prezidentin görüşü barədə yayılan rəsmi məlumatlarda yoxdur. Ancaq belə görünür ki, məsələyə Azərbaycanın üzləşdiyi iqtisadi çətinliklər və eyni zamanda hakimiyyət sistemində başa çatmaqda olan il ərzində üzə çıxmış ciddi neqativlər kontekstində nəzər salmaq lazım gələcək. Neftin kəskin dəyərdən düşməsi Azərbaycanın gəlirlərinin, həm də asan gəlirlərinin kəskin azalması ilə müşaiyət olundu. Nəticədə iqtisadi artım tempi yavaşıdı, ötən 10-12 il ərzində ilk dəfə ölkədə iş yerlərinin kəskin azalması baş verdi. Manat il ərzində iki dəfə devalvasiyaya məruz qalaraq dəyərini iki dəfəyə yaxın itirdi. Belə vəziyyət heç şübhəsiz ki, iqtisadiyyatın neftdən asılılığının kəskin azaldılması və inkişafın böyük ölçüdə qeyri-neft sektoru relsinə keçirilməsi üçün radikal islahatları tələb edirdi. Və prezident bu islahatları artıq başladıb. İl ərzində iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər edilib. Nəhayət, bu günlərdə prezident lisenziyalaşdırma sahəsində vəziyyəti kökündən dəyişdirən fərmanlar verib və beləliklə də ölkədə iqtisadi islahatları dərinləşdirmək üçün qanunverici baza böyük ölçüdə formalaşıb. Eyni zamanda neft gəlirlərinin aşıb-daşdığı günlərdə hakimiyyət strukturlarında o qədər də nəzərə çarpmayan, yaxud neft gəlirləri fonunda arxa plana keçən nöqsanlar da il ərzində özünü kəskin formada büruzə vermiş oldu. Və prezident qərara aldı ki, hakimiyyət sistemində də islahatları sürətləndirmək, həm də daha radikal addımlar atmağın vaxtıdır. Bura həm instisuional islahatlar, həm sərt cəza tədbirləri daxil idi. Məsələn, prezident nəqliyyat sahəsində uzun müddətdir hökm sürən sistemli problemləri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin strukturunu tamamilə söküb-dağıtdı. Yaxud illərdir biznesi, sahibkarları təhdid altında saxlayan, xüsusi xidmət orqanlarında kök salmış mütəşəkkil qruplaşmanı zərərsizləşdirmək üçün ortaya qəti siyasi iradə qoyub radikal addımlar atdı. Belə məlum oldu ki, hətta özünü toxunulmaz və ali qüdrət sahibi hesab edən məmurlara da bu dəyişikliklər, hakimiyyəti yeniləmə prosesində güzəşt olmayacaq. Və belələri üçün cəzasızlıq mühiti anlayışı yoxdur. İndi prezident bu islahatların “yeni formatda” davam edəcəyinin anonsunu verir. Yeni format görünür, o deməkdir ki, ölkənin inkişafının, prezidentin müəyyən etdiyi hədəflərin qarşısında bu və ya digər formada əngəl təşkil edən amillər sürətli və qəti müdaxilələrlə aradan qaldırılacaq. Bura problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi daxil ola bilər. Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından yeni hakimiyyətdən gedir. Çünki ucuz neft erasının uzun müddət davam edəcəyini göstərən güclü dəlillərin ortada olduğu bir vaxtda gözləməyə, hansısa məmurun, oliqarxın şəxsi biznes maraqlarının ölkənin ümumi maraqlarına əngəl yaratmasına dözməyə vaxt yoxdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər