Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir












Hər il olduğu kimi Ümummilli liderimiz Heyər Əliyevin vəfatının dönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalıqmızın Ümummmilli lideri Heydər Əliyevin xatirəsinə hərs olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

Səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Tədbir dəniz dalğalarının səsləri ilə başlanır və Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında İohan Sebastyan Baxın «Ariya»sı səslənir. Orkeçtrin ifası zamanı Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirdi.

Tədbirdə qeyd olunmuşdur ki, düz 13 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bəli, o, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.

Ailə onun dayağı idi, ona bütün işlərində dəstək idi. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 13 ildə davam etdirən Prezident İlham Əliyev milli

ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.

Tədbirdə tanınmış incəsənət xadimləri xalq artisti Murad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Nigar Cəlilova, skripkaçı Rövşən Əmrahov çıxış etmiş, anım gecəsi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı ilə bitmiş, mərasim zamanı gənc rəssam Ella Əzizbəyova qumla ulu öndərin şəklini çəkmişdir.

Mərasim çox təsirlı və yaddaqalan keçmiş, tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.


Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdir
Səbail rayonunda Heydər Əliyevie əziz xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilmişdirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər