“Bilgəh” kardioloji sanatoriyasının da yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür

“Bilgəh” kardioloji sanatoriyasının da yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür









Sevindirici haldır ki, baş həkim Muxtar Əhmədovun rəhbərlik etdiyi “Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədn bir çoxunu yaşadır və inkişaf etdirir. Təbii ki, inkişafdan danışarkən bu gün müstəqil Azərbaycan dövləti tərəfindən bütün digər sahələrdə olduğu kimi, insanların sağlamlığının bərpası və mühafizəsi, vətəndaşlarmızın keyfiyyətli və səmərəli istirahətlərinin təmin olunması məqsədləri üçün də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etmək vacibdir. Xüsusilə də bu gün ölkəmizin sanatoriya-kurort şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

“Bilgəh” kardioloji sanatoriyasının da yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, bir müddət əvvəl sanatoriyanın ərazisində yerləşən dörd mərtəbəli əsas yataq korpusunda, iki mərtəbəli, hər biri 48 çarpayıdan ibarət digər yataq korpuslarında, ərazidə olan yay kottecləri kompleksində, müalicə-profilaktika korpuslarında, sanatoriyanın yeməkxanasında və mətbəxində əsaslı təmir və yenidənqurma işləri aparılaraq başa çatdırılmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, sanatoriyanın ərazisində həyata keçirilmiş abadlıq və yenidənqurma işləri öz keyfiyyəti və üslubu ilə diqqəti cəlb edir. Əraziyə yeni asfalt örtüyünün çəkilməsi, böyük bir sahənin üzlük daşı ilə üzlənməsi, yeni hovuz və fəvvarələrin tikilməsi sanatoriyanın ümumi görkəmini daha da gözəlləşdirməklə, burada istirahət edənlərə xüsusi zövq verir. Həmçinin xəstələrin rahatlığını təmin etmək məqsədilə sanatoriyanın əsas korpusunda yeni sərnişin lifti quraşdırılıb. Burada istirahət edənlərin asudə vaxtlarının təşkili məsələsi də diqqətdən kənarda qalmayıb. Məhz bu məqsədlər üçün ərazidə, açıq havada müasir idman qurğuları, müxtəlif növ trenajorlarla təchiz olunmuş funksional və rahat idman meydançası tikilib. Təbii ki, yenidənqurma işləri çərçivəsində müəssisənin təsərrüfat bazası da yenilənib, modernləşdirilib. Bu baxımdan sanatoriyanın qazanxana təsərrüfatının yeniləşdirilməsini, fasiləsiz su təchizatının təmin edilməsi məqsədilə əlavə su quyularının qazılmasını, müasir tələblərə cavab verən qazan və ehtiyat su boylerlərinin quraşdırılmasını qeyd etmək olar. Ərazidə aparılmış əlavə yaşıllaşdırma işlərinin, həmçinin artıq mövcud olan yaşıllıqlara göstərilən diqqət və qayğının nəticəsində isə sanatoriyanın özünəməxsus mikroiqlimi bu gün də öz unikallığını və şəfaverici xüsusiyyətlərini qoruyub saxlamaqdadır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər