“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir

“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir








Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi baş həkimdir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir baş həkimi Muxtar Əhmədov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir

“Bilgəh” kardioloji sanatoriyasına baş həkim gəldiyi gündən “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun baş həkimi vəzifəsini daşıdığı sanatoriyada görülən işlərin siyahısına nəzər salanda isə sanatoriyada həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

“Bilgəh” kardioloji sanatoriyasının da yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, bir müddət əvvəl sanatoriyanın ərazisində yerləşən dörd mərtəbəli əsas yataq korpusunda, iki mərtəbəli, hər biri 48 çarpayıdan ibarət digər yataq korpuslarında, ərazidə olan yay kottecləri kompleksində, müalicə-profilaktika korpuslarında, sanatoriyanın yeməkxanasında və mətbəxində əsaslı təmir və yenidənqurma işləri aparılaraq başa çatdırılmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, sanatoriyanın ərazisində həyata keçirilmiş abadlıq və yenidənqurma işləri öz keyfiyyəti və üslubu ilə diqqəti cəlb edir.

“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir
Əraziyə yeni asfalt örtüyünün çəkilməsi, böyük bir sahənin üzlük daşı ilə üzlənməsi, yeni hovuz və fəvvarələrin tikilməsi sanatoriyanın ümumi görkəmini daha da gözəlləşdirməklə, burada istirahət edənlərə xüsusi zövq verir. Həmçinin xəstələrin rahatlığını təmin etmək məqsədilə sanatoriyanın əsas korpusunda yeni sərnişin lifti quraşdırılıb. Burada istirahət edənlərin asudə vaxtlarının təşkili məsələsi də diqqətdən kənarda qalmayıb. Məhz bu məqsədlər üçün ərazidə, açıq havada müasir idman qurğuları, müxtəlif növ trenajorlarla təchiz olunmuş funksional və rahat idman meydançası tikilib. Təbii ki, yenidənqurma işləri çərçivəsində müəssisənin təsərrüfat bazası da yenilənib, modernləşdirilib. Bu baxımdan sanatoriyanın qazanxana təsərrüfatının yeniləşdirilməsini, fasiləsiz su təchizatının təmin edilməsi məqsədilə əlavə su quyularının qazılmasını, müasir tələblərə cavab verən qazan və ehtiyat su boylerlərinin quraşdırılmasını qeyd etmək olar. Ərazidə aparılmış əlavə yaşıllaşdırma işlərinin, həmçinin artıq mövcud olan yaşıllıqlara göstərilən diqqət və qayğının nəticəsində isə sanatoriyanın özünəməxsus mikroiqlimi bu gün də öz unikallığını və şəfaverici xüsusiyyətlərini qoruyub saxlamaqdadır.

“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir

P.S..Di gəl, çox təssüflər olsun ki, baş həkim Muxtar Əhmədovn uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Bakuxeber.info olaraq bildirək ki, “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun bizim müdafiəmizə ehtiyacı yoxdur.


“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir
“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir
“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirir
“Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədən bir çoxunu yaşadır və inkişaf etdirirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər