Baş bankirdən xalqa 1 yanvar “müjdə”si: dollar 2 manata qalxacaq - ÖZƏL

Baş bankirdən xalqa 1 yanvar “müjdə”si: dollar 2 manata qalxacaq - ÖZƏL










Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

AMB-dən Politika.Az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,35% artaraq 1,7430 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, dünən dollar 1,7369 manata bərabər olub. Qeyd edək ki, AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Hərrac 1 dollar üçün 1,7369 məzənnəsi ilə başlayıb və 1,7414 məzənnəsi ilə yekunlaşıb. Təbii ki, Azərbaycanın mövcud iqtisadi vəziyyətində real üzən məzənnəyə keçid mümkün deyil. Bu gün AMB tərəfindən tənzimlənən üzən məzənnə rejimi fəaliyyət göstərir. Tam üzən məzənnəyə keçid isə manatı dəfələrlə ucuzlaşdırar və nəticədə manat dəyərini kəskin itirər. Yaxın bir neçə ildə də manatın tam üzən məzənnəyə keçməsi real görünmür.

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün hələ də ehtiyat sərf edir. Neft fondunun vəsaitlərini satışa çıxarır və bunun hesabına bazarı dollarla təmin edir, uçot dərəcəsini qaldırır və manatla olan pul kütləsini məhdudlaşdırmaqla dollara olan tələbatı azaldır, yəni inzibati yollarla kursu saxlaya bilir.

Hökumət xalqı 1 yanvar “müjdəsi”nə hazırlayır. Yeni ilin ilk günü 1 dolların 2 manat olacağı gözlənilir.

Hazırda banklar onsuz da dollar satışını dayandırıb və qara bazarda 1, 80-lə satışdadır. Ona görə də iqtisadi gedişat məcbur edir ki, yanvarda xalqa bayram şoku yaşadılsın.

Ölkədən çıxan dollar ölkəyə gələn dollardan çoxdur: “Yaranan kəsrin bir hissəsi məzənnə hesabına, bir hisssəsi idxalın məhdudlaşdırılması və məhdud satış hesabına müəyyən qədər örtülür. Real məzənnəni isə demək çətindir, lakin dolların real dəyərinin indiki səviyyədən çox yüksək olduğu doğrudur.

İqtisadçılar da bu faktı təsdiqləyir. Ekspert Samir Əliyev ilin sonuna dolların kursunun 1.80 manata çatacağını demişdi: “Hələ ki o istiqamətdə gedir. Əgər neftin kəskin ucuzlaşması və FED-in uçot dərəcəsini qaldırması kimi hallar baş verməzsə, yeni ilə dolların məzənnəsinin 1,80 manata çatacağını istisna etmirəm.

Təbii ki, burada hökumətin davranışları da rol oynayacaqdır. Görünən odur ki, hökumət hələ manatı kəskin ucuzlaşdırmaq da maraqlı deyil. Dolların məzənnəsi hər bir halda 2 manatı keçəcək. Bunun dəqiq tarixini isə demək mümkün deyil. Dolların 2 manat olması zaman məsələsidir”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər