Lənkəranda ağır qəza - Ölən və yaralanan var

Lənkəranda ağır qəza - Ölən və yaralanan var








Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

“APA” xəbər verir ki, hadisə bu gün saat 06.30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər