Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov - Özəl

Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - Özəl


Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.

Dövlətimiz uşaq bağçalarına xüsusi diqqət yetirir. İri şəhərlər daxil olmaqla, Azərbaycanımızın bir çox rayonlarında müasir standartlara cavab verən bağçalar tikilib istifadəyə verilmişdir. Müasir bağçalar köhnə bağçalardan tamamilə fərqlənir. Bu bağçalarda uşaqlar üçün hər cür şərait yaradılıb.

Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - Özəl


Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - Özəl

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Eldar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı rayonda işləməyinə baxmayaraq, həmin rayonun tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - Özəl

Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - Özəl
Məktəbəqədər təhsil sahəsində inkişaf göz qabağındadır- Eldar Yunusov  - ÖzəlБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər