Putin prezident postundan sonra nə işlə məşğul olacağı barədə açıqlama verib

Putin prezident postundan sonra nə işlə məşğul olacağı barədə açıqlama verib











Rusiya prezidenti Vladimir Putin siyasi karyerasını başa vuracağından sonra uzun müddət müxtəlif ölkələrə səyahət edəcək

Bu barədə Putin Çelyabinskdə “Eterno” şirkətinin işçiləri ilə söhbət zamanı bildirib. O, etiraf edib ki, səyahət etməyi çox xoşlayır.

“Sıx iş qrafiki üzündən səfər etdiyim ölkələrin təbiəti və mədəniyyəti ilə maraqlanmağa vaxtım olmur. Hava limanı, görüş yeri, hava limanı. Hazırda mənim bütün səyahətlərim belədir”, -deyə Putin gileylənib.

V.Putin siyasi karyerasını uğurla yekunlaşdırmaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, Vladimir Putin “Bloomberg”ə müsahibəsində bildirib ki, 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə qəti fikirə gəlməyib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər