Rusiyada 74 insanı öldürən İŞİD-çi məhv edildi

Rusiyada 74 insanı öldürən İŞİD-çi məhv edildi








Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov "Qafqaz İmarəti" qruplaşmasının yerli qolunun başçısı olub.

APA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.

Polis və dinc sakinlər arasında yaralanan olmayıb.

Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər