"Azərbaycanda təhsil haqları da artırıla bilər" - Professor

"Azərbaycanda təhsil haqları da artırıla bilər" - Professor











Universitetlərin illik ödənişləri artırması bazar qiymətlərindən asılıdır.

Bunu gələn il universitetlərin ödəniş haqlarını artırması ehtimalına münasibət bildirərkən professor Şahlar Əsgərov söyləyib. Ekspertin sözlərinə görə, özəl universitetlər qiymətləri dövlət universitetlərinə uyğun tənzimləyir: "Dövlət universitetlərində bir fənnin qiyməti, nümunə olaraq, min dollar ətrafında dəyişirsə, özəl universitetlərdə bundan baha müəyyən olunur. Bu səbəbdən prosesin tənzimlənməsi mürəkkəbdir.

Dövlət universitetləri qiymətləri endirsə, özəl universitetlər də endirəcək. Ödəniş haqlarının artırılmasında universitet rektorlarından çox şey asılı deyil. Bu qiymətləri Təhsil bazarı tənzimləyir Ümumiyyətlə, təhsil kifayət qədər yüksək vəsait tələb edən sahə olduğundan yüksəlməsi üçün oliqarxların da bu sahəyə dəstək göstərməsi lazımdır. Bu gün fakt olaraq universitetlər güclə ayaq üstə dururlar. Aydındır ki, xərclər artdıqda təhsil haqları da yüksələcək. Buna görə də universitetlərə yüklənmək, qiymətlərin bahalaşmasında günahlandırmaq birmənalı deyil. Bu mənada növbəti tədris ilində təhsil haqlarının artırılması istisna edilmir".

Qeyd edək ki, devalvasiya və qiymət artımı universitetlərin illik ödəniş haqlarını artırıb-artırmayacağını gündəmə gətirib. (sherg.az)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər