Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik









Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Dünya azərbaycanlılarına Novruz bayramı salamlarımı yetirir, azərbaycançılıq məfkurəsi ətrafında onların daha sıx birləşəcəklərinə inamımı ifadə edirəm. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümidvaram ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.

Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.

****

Azərbaycan paytaxtının, rayonlarının gündən-günə abadlaşdığını görəndə hər birimiz qürur hissi keçiririk. Bu inkişafın arxasında düşünülmüş, müdrik siyasətin dayandığını görürük. Bəli, bu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurudur. Ulu öndər Azərbaycanı dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi, ölkənin gələcək inkişafı üçün islahatlar həyata keçirdi, çox mühüm, taleyüklü kontraktlar imzaladı.

2003-cü ilin oktyabr ayında Prezident seçilən İlham Əliyev ulu öndərin ideyalarını davam etdirir. Onun nəticələri Biləsuvar rayonunun timsalında da özünü göstərir. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin ağsaqqallar, ziyalılar, ictimaiyyət ilə keçirilən görüşləri, söhbətləri və ən başlıcası qəbul olunmuş dövlət proqramları, onun fəaliyyətinin istiqamətini müəyyənləşdirməklə kompas rolunu oynadı.

İstək, niyyət, əzmkarlıq olanda nəzərdə tutduğun, planlaşdırdığın hədəfə də çata bilirsən. Görəndə ki, bunlar ölkə başçısı, rayon sakinləri tərəfindən qiymətləndirilir, daha həvəslə çalışırsan. Biləsuvarlıların fəaliyyətində bunlar açıq-aşkar hiss olunur. Nəzərdə tutulan layihələr bir-birinin ardınca yerinə yetirildikcə yeni obyektlərin təməli atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Biləsuvar da respublikamızın inkişaf etmiş rayonları sırasındadır. Hər dəfə bura gələrkən yeniliklərin şahidi oluruq. Yeni ictimai binaların, yaşayış evlərinin, müəssisələrin, sosialyönümlü obyektlərin tikildiyini, park və xiyabanların salındığını, küçələrin abadlaşdığını, yolların çəkildiyini görürük.

İndi zaman, tələb başqadır. Dünyada mürəkkəb proseslər gedir, neftin qiyməti aşağı düşür. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyev çevik iqtisadi siyasət ortaya qoydu. Qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq, idxaldan azad olmaq, daha keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal etməklə əhalinin tələbatını tam ödəmək. Bunların yerinə yetirilməsi üçün stimulverici qərarlar verdi.

2016-cı il “Kənd təsərrüfatı ili” elan edildi. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və sürtkü materiallarına görə verilən subsidiyaların həcmi bu ildən 25 faiz artırıldı. Təkrar əkinlər üçün də subsidiya verilməsi qərara alındı. Bunlarla yanaşı, mineral gübrələrin satışında qiymətlərin faiz dərəcəsi aşağı salındı. Lizinq vasitəsilə fermerlərə, torpaq mülkiyyətçilərinə, sahibkarlara güzəştli kredit yolu ilə müxtəlif kənd təsərrüfatı texnikalarının və xarici ölkələrdən alınan inəklərin satılması haqdakı sərəncamlar da həmçinin. Ölkə rəhbərinin imzaladığı həmin sənədlər Biləsuvar da böyük rəğbətlə qarşılandı.

Biləsuvarın torpağı bərəkətli, insanları zəhmətsevərdir. İlboyu çalışır, daha çox məhsul yetişdirməyə səy göstərirlər. Bu həm ərzaq bolluğu yaranmasına, həm də pul gəlirinin artmasına, gün-güzəranın yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

Kənd təsərrüfatının daha intensiv və mütərəqqi metodlarla inkişaf etdirilməsi məqsədilə rayonda ardıcıl tədbirlər görülür.

Biləsuvarın gözəlliyi, onun göz oxşayan mənzərələri barədə şairlər ürək sözlərini misralara köçürüblər, yazıçılar romanlar, hekayələr, povestlər yazıblar. Onlara ilham verən bu diyar dünənkindən qat-qat gözəldir, sabahı daha füsunkar, daha firavan həyatlı olacaq. Bunu görülməkdə olan, getdikcə geniş vüsət alan tikinti, yenidənqurma, təmizlik və abadlıq işləri bir daha sübut edir.


Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Mahir Quliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər