Halal zəhmət ilə qazanıbdır ad - Salyan

Halal zəhmət ilə qazanıbdır ad - Salyan








Salyanda çox gözəl əhvali-ruhiyyə var. Rayon inkişaf edir, insanlar rahat yaşayırlar...

Azərbaycan paytaxtının, rayonlarının gündən-günə abadlaşdığını görəndə hər birimiz qürur hissi keçiririk. Bu inkişafın arxasında düşünülmüş, müdrik siyasətin dayandığını görürük. Bəli, bu, ümummilli lider Heydər Əliyev siyasətinin uğurudur. Ulu öndər Azərbaycanı dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi, ölkənin gələcək inkişafı üçün islahatlar həyata keçirdi, çox mühüm, taleyüklü kontraktlar imzaladı.

2003-cü ilin oktyabr ayında Prezident seçilən İlham Əliyev ulu öndərin ideyalarını davam etdirir. Onun nəticələri Salyan rayonunun timsalında da özünü göstərir. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun ağsaqqallar, ziyalılar, ictimaiyyət ilə keçirilən görüşləri, söhbətləri və ən başlıcası qəbul olunmuş dövlət proqramları, onun fəaliyyətinin istiqamətini müəyyənləşdirməklə kompas rolunu oynadı.

İstək, niyyət, əzmkarlıq olanda nəzərdə tutduğun, planlaşdırdığın hədəfə də çata bilirsən. Görəndə ki, bunlar ölkə başçısı, rayon sakinləri tərəfindən qiymətləndirilir, daha həvəslə çalışırsan. Salyanlıların fəaliyyətində bunlar açıq-aşkar hiss olunur. Nəzərdə tutulan layihələr bir-birinin ardınca yerinə yetirildikcə yeni obyektlərin təməli atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Salyan da respublikamızın inkişaf etmiş rayonları sırasındadır. Hər dəfə bura gələrkən yeniliklərin şahidi oluruq. Yeni ictimai binaların, yaşayış evlərinin, müəssisələrin, sosialyönümlü obyektlərin tikildiyini, park və xiyabanların salındığını, küçələrin abadlaşdığını, yolların çəkildiyini görürük.

İndi zaman, tələb başqadır. Dünyada mürəkkəb proseslər gedir, neftin qiyməti aşağı düşür. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyev çevik iqtisadi siyasət ortaya qoydu. Qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq, idxaldan azad olmaq, daha keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları istehsal etməklə əhalinin tələbatını tam ödəmək. Bunların yerinə yetirilməsi üçün stimulverici qərarlar verdi.

2016-cı il “Kənd təsərrüfatı ili” elan edildi. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və sürtkü materiallarına görə verilən subsidiyaların həcmi bu ildən 25 faiz artırıldı. Təkrar əkinlər üçün də subsidiya verilməsi qərara alındı. Bunlarla yanaşı, mineral gübrələrin satışında qiymətlərin faiz dərəcəsi aşağı salındı. Lizinq vasitəsilə fermerlərə, torpaq mülkiyyətçilərinə, sahibkarlara güzəştli kredit yolu ilə müxtəlif kənd təsərrüfatı texnikalarının və xarici ölkələrdən alınan inəklərin satılması haqdakı sərəncamlar da həmçinin. Ölkə rəhbərinin imzaladığı həmin sənədlər Salyan da böyük rəğbətlə qarşılandı.

Salyanın torpağı bərəkətli, insanları zəhmətsevərdir. İlboyu çalışır, daha çox məhsul yetişdirməyə səy göstərirlər. Bu həm ərzaq bolluğu yaranmasına, həm də pul gəlirinin artmasına, gün-güzəranın yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

Kənd təsərrüfatının daha intensiv və mütərəqqi metodlarla inkişaf etdirilməsi məqsədilə rayonda ardıcıl tədbirlər görülür.

Salyanın gözəlliyi, onun göz oxşayan mənzərələri barədə şairlər ürək sözlərini misralara köçürüblər, yazıçılar romanlar, hekayələr, povestlər yazıblar. Onlara ilham verən bu diyar dünənkindən qat-qat gözəldir, sabahı daha füsunkar, daha firavan həyatlı olacaq. Bunu görülməkdə olan, getdikcə geniş vüsət alan tikinti, yenidənqurma, təmizlik və abadlıq işləri bir daha sübut edir.


Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - Salyan
Halal zəhmət ilə qazanıbdır ad - SalyanБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər