“Azərsu”nun avtomobili qəza törədib: Ölənlər və yaralananlar var

“Azərsu”nun avtomobili qəza törədib: Ölənlər və yaralananlar var









İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Niva” markalı avtomobil “Azərsu” ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər