Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub

Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub








Vəzifəyə təyin olunan şəxsin ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmalıdır. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki icra başçılarını prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğrulda, xalqa xidmət edə, insanların problemləri ilə məşğul ola.

Bütün bunların hamısını Sevindik Hətəmovda görən cənab Prezident İlham Əliyev sərəncam imzalayaraq Salyan rayonuna rəhbər təyin etdi.

Bura Vətəndir, Ana Vətən...

...Uzaqdan, lap uzaqlardan baxanda əvvəlcə göylərdə dalğalanan bayraq görünür. Ay-ulduzlu, üç rəngli Azərbaycan Bayrağı! Yolun hansı istiqamətdən olur-olsun, Salyan rayonuna yaxınlaşdığını beləcə görüb rahatlanırsan. Yol boyunca yeni salınmış park və bağlar, müasir tikililər, sosial obyektlər, rahat yollar, səliqəli küçələr... Yolun bu yerlərdən çoxdan düşməyibsə çaşıb qalırsan. Bir ilin, il yarımın zaman müddəti, əslində görülən işlərin miqyasında qısa bir vaxtın yaşantısıdır. Hələ bir müddət düşüncələrin labirintində qalırsan: bura doğurdanmı həmin yoldur, həmin şəhərdir, həmin yerlərdir?

Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib

Görəv müddətində Salyanda xaliqələr yaradan Sevindik Hətəmov rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verdi. Vətəndaşları narahat edən problemlərin həlli yerindəcə təşəkkül tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə Salyan rayonu yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, yerli sakinlərin həyat rifahının yaxşılaşması istiqamətində hələdə ciddi işlər aparılır, kanalzasiya sistemleri yenilənir, parklar və istirahət yerləri inşa olunur. Kəndlərə yollar çəkilir, içməli su təminatı yaxşılaşdırılır.

Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Salyan da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Salyan rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Salyan rayonunda da aydın hiss olunur.

Amma mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Sevindik Hətəmovu nüfuzdan salmağa çalışırlar.

Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Sevindik Hətəmovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.


Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olubБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər