Ramin Salmanov aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir

Ramin Salmanov aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir











Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müdiri Ramin Salmanovdur.

Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müdiri Ramin Salmanovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi xidmət etdiyi rayon ərazisində ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində başqalarının köməyinə ehtiyacı olan tənha ahıllara və əmək qabiliyyəti olmayanların (əlillərin) aşkar edilməsi, sosial məişət xidmətinə götürülməsini və onların sosial müdafiəsi üzrə tədbirlərin görülməsini, müavinətlərin, sosial yardımların qanunvericilikdə təsdiq olunmuş qaydada düzgün təyin edilməsi və aidiyyəti ödəniş müəssisələri vasitəsi ilə təyinatı üzrə vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsini, vətəndaşlara müavinət, sosial yardım və digər ödənişlərin təminatı olan sənədlərin əldə edilməsində və bu təminatlar haqqında əhalinin məlumatlandırılması, aztəminatlı vətəndaşların sosial müdafiəsi sahəsində ictimai təşkilatlar və yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərilməsi vəzifəsini həyata keçirir.

Eyni zamanda Mərkəz əlillərə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyaların və digər müavinətlərin ödənilməsini, əlillər və digər imtiyazlı şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq vəsiqələrin verilməsi məqsədi ilə lazımi sənədlərin toplanmasında onlara köməklik edir.

Səhiyyə orqanları və digər əlaqədar təşkilatlarla birgə başqalarının köməyə ehtiyacı olan tənha ahılları və əmək qabiliyyəti olmayan vətəndaşları aşkar edir, onları sosial-məişət xidmətinə götürür, zəruri halda internat evlərinə göndərilməsini təşkil edir.

Tənha ahılların üzərində qəyyumluq və himayəçiliyin müəyyən edilməsinə nəzarət edir, ahıl və tənha vətəndaşlara müxtəlif növ xidmətlərin - ictimai-iaşə, sosial və məişət xidməti göstərilməsi barədə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırır.
Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında sosial məsələlərə dair qanunvericiliyin təbliğat işini təşkil edir və aparır.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə? Neftçala rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müdiri Ramin Salmanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Ramin Salmanovu nüfuzdan salmağa çalışırlar.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər