Sərdar Əhmədovun gərgin əməyi nəticəsində Bərdə rayon Suvarma Sistemlәri İdarәsində aparılan məqsədyönlü işlər nəticəsində idarəsində obyektivlik və şəffaflıq bərqərar olub

Sərdar Əhmədovun gərgin əməyi nəticəsində Bərdə rayon Suvarma Sistemlәri İdarәsində aparılan məqsədyönlü işlər nəticəsində idarəsində obyektivlik və şəffaflıq bərqərar olub










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi müdir. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Sərdar müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Sərdar Əhmədovu nüfuzdan salmağa çalışırlar.

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovun gərgin əməyi, cəhdləri və atdığı addımların sayəsində rayon camaatının məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Sərdar müəllim onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran İdarə rəisidir.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər