Xəlil Ramazanovun tapşırığı əsasında Hidrometeoroloji Proqnozlar Bürosu gücləndirilmiş iş rejimində işləyir

Xəlil Ramazanovun tapşırığı əsasında Hidrometeoroloji Proqnozlar Bürosu gücləndirilmiş iş rejimində işləyir









Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir?Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Xəlil Ramazanovu nüfuzdan salmağa çalışırlar.

***

Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Milli Hidrometeorologiya Departamenti ( MHD) hesabat dövründə iş planına və müşahidə plan-proqramına uyğun olaraq respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsini həyata keçirib.

Xəlil Ramazanovun tapşırığı əsasında Hidrometeoroloji Proqnozlar Bürosu gücləndirilmiş iş rejimində işləyib belə ki, adi günlərdən fərqli olaraq növbətçilik yaradılaraq əlavə olaraq 20 meteoroloji stansiyadan hər 1 saatdan bir havanın parametrləri haqqında məlumatlar alınaraq təhlil edilib. Gündə 2 dəfə sutkalıq proqnoz və xəbərdarlıqlar tərtib edilərək elektron qaydada təşkilatçılara göndərilir. Verilmiş proqnoz və xəbərdarlıqların keyfiyyəti təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər