Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev

Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev







Bakuxeber.info olaraq bu şərəfli insan haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəis, nümunəvi insan. Bu şəxs kimidir? Bu şəxs kasıbçılıqla böyüyən, hər kəsin dostu sadə azərbaycanlı Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Səxavəddin Abdullayevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Səxavəddin Abdullayev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Səxavəddin Abdullayev - Daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.

Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.

1988-ci ilin fevralından 1993-cü il iyunun ortalarınadək Ermənistanın təcavüzü fonunda Azərbaycanda baş verən dəhşətli hadisələr polisin həyat və fəaliyyətinə dağıdıcı təsir göstərmişdi. Nazirliyin yeni rəhbərliyi qarşısında acınacaqlı, başıpozuq, yarıkrminal vəziyyətə salınmış, ictimaiyyət arasında nüfuzunu tamamilə itirmiş, iflic edilmiş böyük bir strukturu tamamilə yenidən qurmaq vəzifəsi dururdu. Bununçünsə öncə aşağıdakı vəzifələr həll edilməli idi:

- sadədən mürəkkəbə qədər bütün problemlərin həlli üçün strateji xətti müəyyənləşdirmək;

- məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir komanda formalaşdırmaq;

- DİN-in tərkibində fəaliyyət göstərən XTPD-ni mübtəla olduğu hakimi mütləqlik, üstqurum orqana çevrilmək mərəzindən xilas etmək;

- DİN və onun strukturlarını çox qaranlıq və krimonegen keçmişi olanlardan təmizləmək (İlk təmizləmə zamanı aydın oldu ki, saxta diplomlar təqdim etməklə yalnız zabit vəzifələrinə irəli çəkilənlərin sayı 110 nəfərdən çoxdur);

- bir çox hallarda “mundirli polis”lərin də müdafiə etdiyi, bəzən də zorən göz yumduqları yüzlərlə silahlı mütəşəkkil cinayətkar dəstəni, mafioz qrupları, qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirmək;

- əvvəllər hüquqları kütləvi surətdə pozulmuş yüzlərlə polis əməkdaşının hüquqlarını bərpa və peşəkar özəyi reabilitasiya etmək;

- polisi öz qanuni vəzifələrinin, müstəsna səlahiyyətlərinin icrasına yönəltmək, vətəndaşların hüquq və azadlıqlarını qorumağı ön plana çəkmək, bağlı qalmış və bilərəkdən arxivə göndərilmiş cinayət işlərinin (İlkin araşdırmalar nəticəsində aydın oldu ki, onların sayı 6000-dən çoxdur) açılmasını təmin etmək.

Bakuxeber.info olaraq hörmətli Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Səxavəddin Abdullayevə Vətənimiz, Dövlətimiz, xalqmız naminə yeni-yeni uğurlar, başarılar diləyirik.


Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin Abdullayev
Məsuliyyəti üzərinə götürməyi bacaran peşəkar bir insan - Səxavəddin AbdullayevБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər