Abşeronda partlayış: Üç yaşlı uşaq ölüb – YENİLƏNİB

Abşeronda partlayış: Üç yaşlı uşaq ölüb – YENİLƏNİB










Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

APA-ın məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

09:12

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev sahibinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər