Mübariz Şahbazov: Hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi

Mübariz Şahbazov: Hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi







1991-ci ilin 18 oktyabrında parlament tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı”nın qəbul olunması tariximizin çox şərəfli bir səhifəsidir. Bu, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda apardığımız mübarizənin məntiqi yekunu idi. Ölkəmiz bolşevik istilası nəticəsində 1920-ci ildə itirdiyi müstəqilliyinə əsrin sonunda yenidən qovuşdu.

1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. O, gündən ölkədə nəinki siyasi, iqtisadi və sosial quruculuğun əsasları təşəkkül tapdı, həmçinin qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan millətlərarası və dinlərarası münasibətlər sistemi quruldu. Bu Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasi xəttin uzaqgörənliyini sübut edir.

Bizim üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Qəlbində Azərbaycan sevgisi ilə yaşayan soydaşlarımızı Müstəqillik günü münasibəti ilə təbrik edir, hər birinizə fəal vətəndaşlıq mövqeyi, müstəqilliyimizin və azadlığımızın əbədi olmasını arzulayıram.

DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Mübariz Şahbazov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər